Azərbaycan iki ölkəyə konservləşdirilmiş mal əti ixracını bərpa edib
- 23 fevral, 2024
- 12:05
Ötən il Azərbaycan 284 min ABŞ dolları dəyərində 91 ton mal ətindən hazır və ya konservləşdirilmiş məhsul ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 28 % azdır, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 259,17 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 % çoxdur) 65,49 ton (+40 %), Türkiyəyə 14,82 min ABŞ dolları dəyərində 2,45 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 6,78 min ABŞ dolları dəyərində 1,25 ton, Qətərə 2,75 min ABŞ dolları dəyərində (+10 dəfə) 0,39 ton (+13 dəfə), Rusiyaya 0,01 min ABŞ dolları dəyərində 21,46 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 11 il 1 aylıq aradan sonra Türkiyəyə və 1 il 10 aylıq fasilənin ardından BƏƏ-yə tədarükü bərpa edib.