Azərbaycan iki ölkədən orqanik gübrə idxalını bərpa edib
- 29 sentyabr, 2022
- 13:26
2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycan xaricdən 1,189 milyon ABŞ dolları dəyərində 593,34 ton heyvan və bitki mənşəli gübrə alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,1 %, kəmiyyət olaraq – 33,6 % azdır.
Türkiyədən 598,18 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 456,98 ton (-56 %), İtaliyadan 297,16 min ABŞ dolları dəyərində (+22,7 %) 29,48 ton (+12 %), İspaniyadan 88,91 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 38,01 ton (+91 %), Litvadan 57,12 min ABŞ dolları dəyərində 19,28 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 29,83 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 0,31 ton (-88 %) məhsul alınıb.
Dörd illik aradan sonra Kanadadan, 1 il 10 ayın tamamında Almaniyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 19,96 min ABŞ dolları dəyərində 1,2 ton və 0,11 min ABŞ dolları dəyərində 0,07 ton gübrə gətirilib.
Hesabat dövründə (bir əvvəl də olduğu kimi ancaq Gürcüstana) Azərbaycan 519,84 min ABŞ dolları dəyərində (+25,3 %) 2 min 736 ton (+3,1 dəfə) heyvan və bitki mənşəli gübrə ixrac edib.