Azərbaycan iki ölkədən nərə balığı tədarükünü bərpa edib

ASK
  • 11 noyabr, 2022
  • 13:23
Azərbaycan iki ölkədən nərə balığı tədarükünü bərpa edib

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan 1,375 milyon ABŞ dolları dəyərində 723,61 ton nərə balığı (dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,1 %, kəmiyyət olaraq – 38 % azdır.

Hesabat dövründə Rusiyadan 542,18 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43,9 % azdır) 438,6 ton (-49,8 %), İtaliyadan 290,28 min ABŞ dolları dəyərində 48,54 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 289,3 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 173,5 ton (+3,6 dəfə), Polşadan 98,12 min ABŞ dolları dəyərində (-33,3 %) 12,58 ton (-87,7 %), Çindən 60,1 min ABŞ dolları dəyərində 14 ton məhsul alınıb.

Səkkiz il 6 ayın tamamında Çilidən, İki il 8 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib. Çilidən Azərbaycana 0,05 min ABŞ dolları dəyərində 0,01 ton nərə balığı gətirilib.