Azərbaycan Gürcüstanın kartof ixrac etdiyi əsas ölkə olub

ASK
  • 24 yanvar, 2024
  • 13:15
Azərbaycan Gürcüstanın kartof ixrac etdiyi əsas ölkə olub

2023-cü ildə Gürcüstan Azərbaycana 861 min ABŞ dolları dəyərində kartof ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 51 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın kartof ixrac etdiyi 5 ölkə sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,4 milyon ABŞ dolları dəyərində kartof satıb ki, bu da 1 il əvvəlki göstəricidən 72 % azdır. O cümlədən, Gürcüstandan Rusiyaya 493 min ABŞ dolları, Ermənistana 44,6 min ABŞ dolları, Belarusa 31 min ABŞ dolları və Ukraynaya 11,5 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 5,22 milyon ABŞ dolları dəyərində kartof ixrac edib ki, bunun da 1,8 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.