Azərbaycan əsas tədarük bazarından şəkər idxalını 10 dəfə artırıb

ASK
  • 01 may, 2024
  • 14:22
Azərbaycan əsas tədarük bazarından şəkər idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində 13 min 678 ton şəkər idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 8,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çoxdur) 13 min 530 ton (+10 dəfə), Belarusdan 100 min ABŞ dolları dəyərində (-8 %) 136 ton (-0,7 %), Türkiyədən 14 min ABŞ dolları dəyərində (-8 %) 4,4 ton (-7 %), Ukraynadan 3,4 min ABŞ dolları dəyərində 2,4 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 3,1 min ABŞ dolları dəyərində (-17 %) 0,41 ton (-63 %) şəkər alıb.

2023-cü ildə Azərbaycana 24 ölkədən idxal edilmiş 29 min 349 ton şəkərin 98,2 %-i Rusiyanın payına düşüb.