Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını kəskin artırıb

ASK
  • 19 dekabr, 2023
  • 06:32
Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını kəskin artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 520,476 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,4 % azdır.

Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 14,613 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 6,8 dəfə çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,29 %-ni, ixrac isə ümumi ixracının 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % azdır.

Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 13,3 % azalıb, idxal isə 22,8 % artıb.

Son nəticədə xarici ticarətdə 15 milyard 700 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 33,1 % azdır.

44 - Tezliklə