Azərbaycan daha bir ölkəyə qurudulmuş ərik tədarük etməyə başlayıb
- 03 oktyabr, 2022
- 09:17
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan xaricdən 638,46 min ABŞ dolları dəyərində 225,25 ton qurudulmuş ərik alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 64,7 %, kəmiyyət olaraq – 68,6 % azdır.
Türkiyədən 364,97 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68,7 % azdır) 88,99 ton (-77,6 %), İrandan 197,59 min ABŞ dolları dəyərində (+90,4 %) 98,8 ton (+90,4 %), Özbəkistandan 75,47 min ABŞ dolları dəyərində (-83,5 %) 37,42 ton (-85 %) və Almaniyadan 0,42 min ABŞ dolları dəyərində (+35,5 %) 0,05 ton (+66,7 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 79,32 min ABŞ dolları dəyərində (+162 dəfə) 81,53 ton (+1 019 dəfə) qurudulmuş ərik ixrac edib.
Rusiyaya 79,25 min ABŞ dolları dəyərində 81,52 ton və Yaponiyaya 0,07 min ABŞ dolları dəyərində 0,01 ton ərik satılıb.
Bir il 10 ayın tamamında Rusiyaya ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyaya tədarük həyata keçirilib.
Qeyd edək ki, ötən il Azərbaycan Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və Kanadaya ümumilikdə 0,49 min ABŞ dolları dəyərində 0,08 ton qurudulmuş ərik tədarük edib.