Azərbaycan Böyük Britaniyadan süd və qaymaq alışını bərpa edib
- 21 yanvar, 2025
- 11:10
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 22,8 milyon ABŞ dolları dəyərində 14 min 087 ton süd və qaymaq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,5 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Belarusdan 12 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % çoxdur) 7 min 804 ton (+69 %), İrandan 4,81 milyon ABŞ dolları dəyərində (-40 %) 3 min 257 ton (-18 %), Rusiyadan 3,44 milyon ABŞ dolları dəyərində (+27 %) 1 min 848 ton (+24 %) Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (+4,3 %) 664 ton (+8 %), Ukraynadan 631 min ABŞ dolları dəyərində (-61 %) 380 ton (-41 %) məhsul alıb.
Azərbaycan 2 ilin tamamında Böyük Britaniyadan tədarükü (1,5 min ABŞ dolları dəyərində 0,5 ton) bərpa edib.