Azərbaycan Belçikadan toyuq əti idxalını bərpa edib
- 02 may, 2024
- 14:14
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8,52 milyon ABŞ dolları dəyərində 4 min 956 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 % çoxdur, kəmiyyət olaraq – 6 % azdır.
Hesabat dövründə Azərbaycana Ukraynadan 3,72 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 2 min 444 ton (+5,3 %), Rusiyadan 2,61 milyon ABŞ dolları dəyərində (+4 %) 1 min 354 ton (-21 %), Gürcüstandan 1,67 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 841 ton (+2 dəfə), Belarusdan 503 min ABŞ dolları dəyərində (-18 %) 312 ton (-36 %), Türkiyədən 15 min ABŞ dolları dəyərində 5,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
Azərbaycan 5 il 7 aylıq fasilənin ardından Belçikadan (0,59 min ABŞ dolları dəyərində 0,01 ton) toyuq əti tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 25 min 822 ton toyuq ətinin 43,2 %-i Ukraynanın, 32,6 %-i Rusiyanın payına düşüb.