Azərbaycan Belarusdan süd və qaymaq alışını kəskin artırıb

ASK
  • 13 may, 2024
  • 13:57
Azərbaycan Belarusdan süd və qaymaq alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,2 milyon ABŞ dolları dəyərində 1 min 993 ton süd və qaymaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 % azdır, kəmiyyət olaraq – 5,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusdan 1,86 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 70 % çoxdur) 1 min 294 ton (+3 dəfə), İrandan 412 min ABŞ dolları dəyərində (-78 %) 240 ton (-72 %), Rusiyadan 406 min ABŞ dolları dəyərində (+22 %) 264 ton (+33 %), Türkiyədən 320 min ABŞ dolları dəyərində (-5 %) 139 ton (-3 %), Ukraynadan 59,2 min ABŞ dolları dəyərində (-83 %) 35,6 ton (-74 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 12 min 661 ton süd və qaymağın 40,8 %-i Belarusun, 33,3 %-i İranın payına düşüb.