Yuri Qusev: Ukrayna Cənubi Qafqazla logistika əlaqələrinin inkişafında maraqlıdır

Xarici siyasət
  • 11 sentyabr, 2025
  • 11:28
Yuri Qusev: Ukrayna Cənubi Qafqazla logistika əlaqələrinin inkişafında maraqlıdır

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynanın Cənubi Qafqazla logistika əlaqələrinin inkişafının vacibliyini bəyan edib.

"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"Mən Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" konfransında iştirak etdim. Orta Dəhliz vasitəsilə ticarət və tranzitin gücləndirilməsi üçün Ukrayna ilə Cənubi Qafqaz arasında dəniz və dəmir yolu bağlantılarının inkişafının vacibliyini vurğuladım", - o bildirib.