Yelena Tibirna: DOST layihəsi Moldova üçün ən uğurlu layihədir

Xarici siyasət
  • 09 iyul, 2026
  • 16:32
Yelena Tibirna: DOST layihəsi Moldova üçün ən uğurlu layihədir

DOST layihəsi Moldova üçün ən uğurlu layihədir.

"Report" xəbər verir ki, bunu Moldova Sosial Sığorta üzrə Milli Kassasının direktoru Yelena Tibirna jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məqsəd sosial müdafiə sahəsindəki bütün xidmətlərin göstərilməsində yüksək səviyyəli təminatdır:

"DOST layihəsi Moldova üçün bizim üçün ən uyğun layihə idi, çünki bu, həm bizim Sosial Müdafiə Nazirliyinin tabeliyində olan, həm də Moldova Hökumətinin tabeliyinə daxil olan bütün sosial sahələri özündə birləşdirən "vahid pəncərə"dir. Məqsəd bu xidmətləri Milli Sosial Sığorta Kassasında tətbiq olunan vahid pəncərədə birləşdirmək və vətəndaşlarımıza xidmət göstərilməsini təmin etməkdir".

O qeyd edib ki, bu gün DOST Agentliyi ilə imzalanan memorandum iki ölkənin müvafiq qurumları arasında birgə fəaliyyəti rəsmiləşdirmək üçün mühüm addımdır.

44 filmi