Tsivtsivadze Azərbaycan-Gürcüstan Media Forumu haqqında: 2026-cı ildə Gürcüstanda belə bir tədbirin keçirilməsinə şad olaram
- 05 dekabr, 2025
- 15:25
2026-cı ildə Gürcüstanda Azərbaycan-Gürcüstan Media Forumu keçirilə bilər.
Bu barədə "Report"a Abxaziya Muxtar Respublikasının Tbilisidəki İnformasiya-Analitik Mərkəzinin direktoru Yekaterina Tsivtsivadze bildirib.
O, bu gün Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun təcrübə mübadiləsi üçün vacibliyini vurğulayıb, çünki Gürcüstan və Azərbaycan oxşar çağırışlarla üzləşir.
"Mən çox istəyirəm ki, gələn il Gürcüstanda regiondakı münaqişələrə həsr olunmuş analoji forum keçirilsin. Öz tərəfimdən belə bir tədbirin təşkili üçün lazım olan hər şeyi etməyə hazıram", - o bildirib.
Y.Tsivtsivadze əlavə edib ki, kütləvi informasiya vasitələrində dezinformasiya təkcə Gürcüstan və ya Azərbaycanın problemi deyil, bu, həm də XXI əsrin çağırışıdır. O, faydalı məlumatları əldə etmək və təhlükəli və ya yanıldıcı məzmundan qaçmaq üçün gündəlik həyatda və media təcrübələrində yeni texnologiyalardan düzgün istifadənin vacibliyini vurğulayıb.