Yaponiyanın xarici işlər naziri Azərbaycana gələcək

Xarici siyasət
  • 31 avqust, 2018
  • 07:46
Yaponiyanın xarici işlər naziri Azərbaycana gələcək
AP Photo / Shizuo Kambayash

Bakı. 31 avqust. REPORT.AZ/ Yaponiyanın xarici işlər naziri Taro Kano sentyabrın 5-də Azərbaycana rəsmi səfər edəcək.

Bunu "Report"un sualına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Səfər zamanı T.Kano Azərbaycan rəsmiləri, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

44 filmi