Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirib

Xarici siyasət
  • 05 dekabr, 2017
  • 15:18
Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirib

Bakı. 5 dekabr. REPORT.AZ/ Yaponiyanın Azərbaycandakı səfirliyi dekabrın 1-dən etibarən Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun sahibləri üçün viza alınması prosesini sadələşdirib.

"Report" xəbər verir ki, bu barədə Yaponiya İmperatorunun ad günü münasibətilə keçirilən tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori deyib.