Yalçın Rəfiyev: Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 11:18
Yalçın Rəfiyev: Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir

Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı İqlim Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, builki tədbirin bir qədər fərqli keçəcəyini vurğulayıb:

"Hesab edirik ki, Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir. Burada dövlətlə yanaşı, özəl sektorlardan nümayəndələr də var. Tədbirdə əsas müzakirə iqlim və bu istiqamətdə olan problemlərin həllini əhatə edir".

Nazir müavini həmçinin bildirib ki, Bakı Şəffaflıq Platforması COP29-dan sonra instutsional platforma rolunu oynayır.

44 - Tezliklə