Yalçın Rəfiyev: Azərbaycan COP31-də şəhərsalma sahəsində öz təcrübəsini bölüşə bilər

Xarici siyasət
  • 08 sentyabr, 2026
  • 15:52
Yalçın Rəfiyev: Azərbaycan COP31-də şəhərsalma sahəsində öz təcrübəsini bölüşə bilər

Azərbaycan COP31-də şəhərsalma sahəsində öz təcrübəsini bölüşə bilər.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində "İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, şəhərlər iqlim dəyişmələrindən birbaşa təsirlənir:

"Türkiyədə keçiriləcək COP31-də də iqlim dəyişmələrinin şəhərlərə təsiri mövzusuna geniş yer ayrılacaq. Ekspertlər və müxtəlif ölkələrin nümayəndələri şəhərsalma barəsində öz düşüncələrini bölüşəcəklər. Azərbaycan da bu sahədə təcrübəsini bölüşməyə hazırdır. Çünki Azərbaycanın şəhərsalma sahəsində uğurlu təcrübəsi var".