Rusiya XİN başçısının müavini: "Azərbaycan və Ermənistanla dialoqu davam etdirməyə hazırıq"

Xarici siyasət
  • 15 sentyabr, 2023
  • 10:47
Rusiya XİN başçısının müavini: Azərbaycan və Ermənistanla dialoqu davam etdirməyə hazırıq

"Rusiya Azərbaycan və Ermənistanla dialoqu davam etdirməyə hazırdır".

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, həmçinin Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli mümkün görüşündən də danışıb: “Tərəflər bu qərarı qəbul edəndə növbəti üçtərəfli görüş keçiriləcək”.