XİN başçısı: “Ermənistan komissiyanın işində fəaliyyətini dayandırmışdı, bu istiqamətdə davamlılıq görmürük”

Xarici siyasət
  • 03 fevral, 2022
  • 12:07
XİN başçısı: “Ermənistan komissiyanın işində fəaliyyətini dayandırmışdı, bu istiqamətdə davamlılıq görmürük”

“Mən həmkarıma Azərbaycan dövlətinin yeni postmünaqişə dövründə sərgilədiyi mövqe, beynəlxalq hüquqa əsaslanaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində tərəfimizdən atılan konkret addımlar barədə məlumat verdim”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Həmçinin həmkarıma üçtərəfli bəyanatlardan irəli gələrək kommunikasiyaların açılmasına verdiyimiz töhfə və 2021-ci ilin yanvar ayında üçtərəfli komissiyanın çoxsaylı iclaslarında iştirakımız və davamlı töhfəmiz barədə məlumat verdim. Əfususlar olsun ki, Ermənistan tərəfindən bir neçə dəfə komissiyanın işi pozulub. Komissiyanın işində fəaliyyətlərini dayandırmışdılar. Hələ də biz bu istiqamətdə davamlılıq, ardıcıllıq görmürük”, - o vurğulayıb.

44 filmi