XİN: Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir

Xarici siyasət
  • 05 oktyabr, 2026
  • 16:04
XİN: Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.

"Report"un məlumatına görə, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bütün üzv dövlətlərini və tərəfdaşlarını səmimi qəlbdən təbrik edirik.

Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqində özünəməxsus rolunu yüksək qiymətləndirir.

AQEM-in sədri kimi Azərbaycan "Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında təşkilatın məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb.