Xəzər İbrahim etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib

Xarici siyasət
  • 26 oktyabr, 2017
  • 13:37
Xəzər İbrahim etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib
AA.com

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki yeni səfiri Xəzər İbrahim etimadnaməsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

X.İbrahim Türkiyə prezidentinə həyat yoldaşını, övladlarını və səfirliyin əməkdaşlarını təqdim edib.

R.T.Ərdoğan Azərbaycan səfiri və onu müşayət edənlərlə xatirə fotosu çəkdirib.