Azərbaycan XİN başçısı ABŞ-ın yeni təyin olunmuş səfirini qəbul edib

Xarici siyasət
  • 16 fevral, 2015
  • 13:54
Azərbaycan XİN başçısı ABŞ-ın yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.