WUF13-də iqlim və qeyri-rəsmi yaşayış məntəqələri barədə problemlər müzakirə olunub

Xarici siyasət
  • 17 may, 2026
  • 15:26
WUF13-də iqlim və qeyri-rəsmi yaşayış məntəqələri barədə problemlər müzakirə olunub

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iqlim və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı problemlər müzakirə olunub.

"Report" xəbər verir ki, Şotlandiyanın Qlazqo Universitetinin tədqiqatçısı Diego Pajarito bildirib ki, müzakirələr əsasən iqlim dəyişikliklərinin Latın Amerikası və Afrikadakı qeyri-rəsmi yaşayış məntəqələrinə təsiri ətrafında aparılıb.

O qeyd edib ki, iqlim dəyişikliyi və ekstremal hava hadisələri həmin ərazilərdə yaşayan icmalar üçün ciddi çətinliklər yaradır:

"İştirakçılar bu problemlərin həlli üçün müxtəlif strategiyaların hazırlanması və icmalara dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıblar".

Tədqiqatçının sözlərinə görə, Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır:

"Forum müxtəlif ölkələrdən olan iştirakçılar üçün yeni təcrübə yaradıb. İştirakçılar bu forumu beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və gələcəkdə daha dayanıqlı yaşayış mühitinin qurulması baxımından əhəmiyyətli platforma hesab edirlər".