WUF13 çərçivəsində UN-Habitat və "Alwaleed Philanthropies" arasında saziş imzalanıb
- 19 may, 2026
- 15:37
Yeniliklərdən dərhal xəbərdar olun!
UN-Habitat və Səudiyyə Ərəbistanının "Alwaleed Philanthropies (Global)" xeyriyyə təşkilatı bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində sağlamlıq imkanları məhdud olan şəxslər üçün inklüziv mənzil təminatının təşviqi üzrə tərəfdaşlıq sazişi imzalayıblar.
"Report" xəbər verir ki, saziş inklüziv şəhər planlaşdırılması, əlçatan mənzil dizaynı və ixtisaslaşdırılmış mənzil həlləri vasitəsilə mənzilə əlçatanlığın yaxşılaşdırılmasına yönəlmiş pilot layihənin Tunisdə həyata keçirilməsini nəzərdə tutur.
Təşəbbüs həmçinin regionda inklüziv mənzil sahəsində potensialın inkişaf etdirilməsinə və dövlət siyasətinin dəstəklənməsinə yönəldilib.
İmzalama, dayanıqlı və inklüziv şəhərlər kontekstində sağlamlıq imkanları məhdud olan şəxslər üçün mənzil əlçatanlığına və psixi rifah məsələlərinə həsr olunmuş yüksək səviyyəli tədbir çərçivəsində baş tutub.
Tədbirdə "Alwaleed Philanthropies"in icraçı direktoru, baş katibi və qəyyumlar şurasının üzvü şahzadə Lamiyə bint Macid Əl Səud, Tunisin təchizat və mənzil inşaatı naziri Salah Zuari və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax iştirak ediblər.