WUF13 çərçivəsində şəhər davamlılığı və vətəndaş iştirakı müzakirə olunub
- 20 may, 2026
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Vətəndaşların İştirakı və Strateji Ünsiyyət Vasitəsilə Şəhər Davamlılığının Gücləndirilməsi adlı tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayeva şəhərsalma layihələrində vətəndaşların iştirakından danışıb.
Tədbirdə qeyd edilib ki, bu gün əsas şəhər problemlərindən biri vətəndaş iştirakının aşağı olması, zəif kommunikasiya kanalları və yüksək dərəcədə mərkəzləşdirilmiş şəhərsalma sistemləridir.
Tədbirdə şəhərsalma məsələsində beynəlxalq təcrübələrə toxunulub.
Vurğulanıb ki, Sinqapurda rəqəmsal platformalar vətəndaşlara mənzil və şəhərsalma qərarlarında aktiv iştirak etməyə kömək edir. Həmçinin texnologiyanın yalnız texniki bir təkmilləşdirmə deyil, həm də institutlar və icmalar arasında sosial körpü olduğu qeyd olunub.
Tədbir müzakirələrlə davam edib. İştirakçılar şəhərsalma problemləri ilə bağlı fikirlərini bölüşüblər.