Vladanka Andreyeva: Gənclər qlobal dəyişikliklər üçün həlledici qüvvəyə çevrilə bilər

Xarici siyasət
  • 30 sentyabr, 2025
  • 12:33
Vladanka Andreyeva: Gənclər qlobal dəyişikliklər üçün həlledici qüvvəyə çevrilə bilər

BMT gəncləri hər yerdə dəstəkləməyə sadiqdir, onlar qlobal dəyişikliklərdə həlledici qüvvəyə çevrilə bilər.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda çıxışı zamanı bildirib.

"Gənclər öz bacarıqları, kreativliyi, məqsədyönlülüyü və uzaqgörənliyi sayəsində həqiqətən də qlobal dəyişikliklər üçün həlledici qüvvəyə çevrilə bilərlər. Birləşmiş Millətlər Təşkilatı (BMT), BMT-nin üzvü olan dövlətlər, həmkarlarım və mən Azərbaycanda qətiyyətlə sizin tərəfinizdəyik. Biz gənclərin liderliyini dəstəkləməyə, gənclərin səsini bütün mümkün vasitələrlə gücləndirməyə və onların davamlı, yaşıl və ədalətli gələcək üçün həll yollarının axtarışında bərabərhüquqlu tərəfdaş olmalarını təmin etməyə çalışırıq", - V.Andreyeva qeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri ciddi çağırışdır və gənclərin sahib olduğu yeni yanaşma və baxış tələb edir.

Son xəbərlər

Bütün Xəbər Lenti