Latviyalı diplomat: “Azərbaycan gender bərabərliyinə böyük diqqət ayırır”
- 22 noyabr, 2022
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
"Biz Azərbaycanın gender bərabərliyi məsələsinə necə böyük diqqət ayırdığını bilirik və bunu yüksək qiymətləndiririk".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib.
Müvəqqəti işlər vəkili bildirib ki, bu gün ADA Universitetində keçirilən “Davamlı sabah naminə qadınlar” adlı beynəlxalq konfrans zamanı münaqişədən sonrakı mərhələdə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması dövründə qadınların rolu müzakirə olunacaq.
"Biz həmçinin qadınlara necə kömək edə biləcəyimizi müzakirə etmək niyyətindəyik. "Women in security situations" adlı tədbir keçirməyi planlaşdırırıq. Bu tədbirdə qadınların rolu və onların sülh danışıqlarında iştirakını müzakirə edəcəyik", - Viya Buşa vurğulayıb.
Onun sözlərinə görə, bu platformanın yaradılması çox faydalı ola bilər.