Vəqf direktoru: “Ermənistanı idarə edən terrorçu qüvvələr bölgəni ağır duruma sürükləmək istəyir”

Xarici siyasət
  • 04 oktyabr, 2021
  • 07:08
Vəqf direktoru: “Ermənistanı idarə edən terrorçu qüvvələr bölgəni ağır duruma sürükləmək istəyir”

“Təəssüflər olsun ki, Ermənistanı idarə edən bəzi terrorçu qüvvələr bölgəni ağır duruma sürükləmək istəyir. Bu, bütün bölgə xalqlarının və dövlətlərinin əleyhinədir”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Diplomatiya Vəqfinin direktoru Oğuzhan Bilgin Bakıda “Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfransda çıxışı zamanı deyib.

O vudğulayıb ki, Ermənistan layihə dövlətidir: “Çünki həmin dövlət Türkiyə ilə Azərbaycan arasında müəyyən maneələrin olması üçün yaradılmış layihədir. Amma bu gün Naxçıvanın Azərbaycan torpağı olması və Zəngəzur dəhlizinin açılması bu layihənin çökməsi demək olacaq”.

O.Bilginin fikrincə, bu gün Azərbaycan və Türkiyə əvvəlki dövlətlər deyil: “Ermənistanın arxasında önəmli güclərin olduğunu hamımız bilirik. Amma Türkiyənin və Azərbaycanın əvvəlki dövlətlər olmadığı 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərildi”.

44 filmi