Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərin qarşısı alınıb

Xarici siyasət
  • 19 fevral, 2026
  • 23:25
Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərin qarşısı alınıb

ABŞ-nin paytaxtı Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür təxribat xarakterli hərəkətlərə cəhd göstərib.

"Report" xəbər verir ki, onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.

Lakin ölkə Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar.

İlkin məlumatlara əsasən, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.

Bundan başqa sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir.

Görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.

44 filmi