V Tbilisi İpək Yolu Forumu işə başlayıb - YENİLƏNİB

Xarici siyasət
  • 22 oktyabr, 2025
  • 10:14
V Tbilisi İpək Yolu Forumu işə başlayıb - YENİLƏNİB

Gürcüstanın paytaxtında V Tbilisi İpək Yolu Forumu işə başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir "Bağlantıya sərmayə qoyun – sabitlikdə böyümək" mövzusuna həsr olunub.

Forumu Baş nazir İrakli Kobaxidze açaraq Gürcüstanın Şərqlə Qərb arasında strateji körpü rolu oynadığını bildirib.

Gürcüstanın paytaxtında V Tbilisi İpək Yolu Forumu işə başlayır.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edir.

Bildirilib ki, oktyabrın 22-si səhər saatlarında Tbilisi Opera və Balet Teatrında ailə fotosu çəkiləcək, daha sonra tədbirin açılış mərasimi baş tutacaq. Açılış sessiyası saat 10:00-da başlayacaq və 11:00-dək davam edəcək.

Forumda regional əməkdaşlıq, Orta Dəhliz boyunca nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Səfər proqramına əsasən, forumun açılış mərasimindən sonra Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüş keçirəcək. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.

Görüşdən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş nazirinin şərəfinə rəsmi nahar verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti