UNOPS minatəmizləmədə dronların tətbiqinin sürətlə artacağını proqnozlaşdırır

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 12:14
UNOPS minatəmizləmədə dronların tətbiqinin sürətlə artacağını proqnozlaşdırır

Müasir qabaqcıl texnologiyalar minatəmizləmə sahəsini kökündən dəyişdirə bilər və Azərbaycan süni intellekt və pilotsuz uçuş aparatları da daxil olmaqla, bu cür həllərin tətbiqi üçün əhəmiyyətli imkanlara malikdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) regional ofisinin direktoru Tim Lardner Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi minatəmizləməni sürətləndirməyə, işlərin səmərəliliyini artırmağa və onların keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək: "Düşünürəm ki, süni intellekt minatəmizləmə sahəsində əsl inqilab edəcək. Xüsusilə son iki ildə texnologiyaların minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə imkanlarımızı nə qədər genişləndirdiyini gördük".

T.Lardner vurğulayıb ki, bəşəriyyət minatəmizləmə fəaliyyətində süni intellektin və digər qabaqcıl texnologiyaların tətbiqi yolunun hələ başlanğıcındadır.

O qeyd edib ki, texnoloji həllər həmçinin minatəmizləyənlərin təhlükəsizliyinin və aparılan əməliyyatların səmərəliliyinin artırılmasına kömək edir.

T.Lardnerin proqnozuna görə, yaxın illərdə minatəmizləmə fəaliyyətində süni intellektin, pilotsuz uçuş aparatlarının və digər müasir texnologiyaların tətbiqi sürətlə genişlənəcək.

44 - Tezliklə