UNİCEF: "Partlamamış sursatlar baxımından bilik və təcrübəyə daha böyük ehtiyac var"

Xarici siyasət
  • 05 sentyabr, 2022
  • 08:09
UNİCEF: Partlamamış sursatlar baxımından bilik və təcrübəyə daha böyük ehtiyac var

"Partlamamış sursatlar baxımından bilik və təcrübəyə daha böyük ehtiyac var".

"Report"un xəbərinə görə, bunu UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O, bununla bağlı peşəkarların yetişdirilməsi işlərinin davam etdirilməsinin zəruriliyini bildirib. A.Haykens qeyd edib ki, bu istiqamətdə kommunikasiya işləri də ardıcıl olmalıdır: "Mina və partlamamış hərbi sursatlarla bağlı təhlükə aradan qaldırılmalıdır və məcburi köçkünlər öz evlərinə rahat şəkildə qayıtmalıdır. Bunun üçün maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz də bununla bağlı əlimizdən gələni edəcəyik".