UNİCEF-in nümayəndəsi Azərbaycandakı missiyasını başa vurur

Xarici siyasət
  • 27 may, 2016
  • 08:27
UNİCEF-in nümayəndəsi Azərbaycandakı missiyasını başa vurur

Bakı. 27 may. REPORT.AZ/ UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Bakıdakı diplomatik missiyasını başa vurur.

"Report" xəbər verir ki, bu barədə A.Şilakadze özü məlumat verib. 

Onun sözlərinə görə, o, Azərbaycandakı 2 illik missiyasını başa vurur və öz karyerasını UNESCO-nun Cenevrədəki regional ofisində qaçqın və miqrant böhranı məsələləri üzrə baş fövqəladə mütəxəssisi qismində davam etdirəcək.