UN-Habitat: Azərbaycanın həmsədrlik etdiyi işçi qrupu işini 2029-cu ilə qədər davam etdirəcək
- 18 may, 2026
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Somali ilə birlikdə 2029-cu ilə qədər beynəlxalq tövsiyələrin hazırlanması ilə məşğul olacaq mənzil məsələləri üzrə fəaliyyətdə olan açıq işçi qrupunun həmsədridir.
"Report" xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda açıq işçi qrupu çərçivəsində BMT-yə üzv dövlətlərə mənzil siyasəti məsələləri üzrə dəstək davam etdirilir:
"Azərbaycan Somali ilə birlikdə bu qrupun fəaliyyətdə olan həmsədridir. Açıq işçi qrupu 2029-cu ilə qədər fəaliyyət göstərəcək və gözlənildiyi kimi aktual meyllərə, konsensusa və əldə olunmuş razılaşmalara əsaslanan bir sıra normativ tövsiyələr hazırlayacaq".