Ukrayna XİN rəhbərinin müavini: Azərbaycanın etdiyi yaxşılığı unutmayacağıq
- 23 fevral, 2026
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna strateji tərəfdaşı olan Azərbaycana humanitar yardıma görə səmimi minnətdarlıq bildirir.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko deyib.
"Biz strateji tərəfdaşımız Azərbaycana səmimi minnətdarlığımızı bildiririk. Özü 30 illik işğalı yaşamış və Ukraynanın hansı vəziyyətdə olduğunu aydın dərk edən ölkəyə - Azərbaycana Ukrayna xalqı təşəkkür edir", - nazir müavini deyib.
O vurğulayıb ki, Rusiya Ukraynaya endirdiyi zərbələrlə qorxu yaratmaq istəyir:
"Rusiya enerji obyektlərinin, xəstəxanaların vurulması vasitəsilə təşviş yaradıb insanlarımızı qorxutmaq istəyir. Bütün bunları bilir, başa düşür və buna görə də Ukraynaya edilən hər hansı yardımı sağ qalmağa kömək kimi dəyərləndiririk. Ukrayna ordusu təcavüzkarın hücumlarını dəf edir. Buna qədər bizə edilən yaxşılığı unutmayacağıq. Bu yardıma görə Azərbaycan Prezidentinə və xalqına minnətdarıq".