Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək

Xarici siyasət
  • 15 may, 2026
  • 15:59
Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək

Ukrayna Baş nazirinin müavini, Ərazi və icmaların inkişafı naziri Aleksey Kulebanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, səfər mayın 18-dən 20-ə qədər baş tutacaq.

Səfərin məqsədi Ukraynanı Azərbaycanda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumunda təmsil etməkdir.