Ukraynalı deputat: “Azərbaycanda keçirilən seçkilərdə fəallıq yüksək olub”
- 08 fevral, 2024
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin özəlliyi ondan ibarət idi ki, ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə səsvermə keçirildi. Məntəqələrdə seçici fəallığının yüksək olması bununla izah olunur.
“Report” xəbər verir ki, bunu Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux mətbuat konfransında deyib.
“Hər bir ölkə vətəndaşı prezident seçkilərində iştirak etməklə Azərbaycan xalqının qələbəsində, dövlətinizin ərazi bütövlüyünün bərpasında iştirak edib. Qeyd etmək istəyirəm ki, ölkənin işğaldan azad olunmuş hissəsində seçkilərin keçirilməsi bizim üçün unikal təcrübədir”, - o bildirib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.