ÜGT və Azərbaycan qarşılıqlı əməkdaşlığı müzakirə edib
- 29 yanvar, 2022
- 15:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.
“Çox maraqlı və əhatəli dialoq baş tutdu. Biz ÜGT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığı müzakirə etdik. Kunio Mikuriyanı Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edirik”, - nazir sosial şəbəkədə bildirib.
Very interesting & comprehensive dialogue took place w/ @wcosg. We discussed mutually beneficial cooperation btw #WCO & #Azerbaijan. Congratulating Kunio Mikuriya on being awarded “Dostlug” Order by @presidentaz for his contribution to strengthening cooperation btw & @WCO_OMD pic.twitter.com/96yJAlutjA
— Jeyhun Bayramov (@bayramov_jeyhun) January 29, 2022