Türkiyənin XI prezidenti Abdullah Güllə Azərbaycan prezidenti arasında telefon danışığı olub
- 26 avqust, 2014
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Türkiyə Respublikasının XI prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Report Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abdullah Gül prezidentlik fəaliyyəti dövründə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevlə olan şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb.
Xoş sözlərə görə Abdullah Gülə minnətdarlığını bildirən prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsində Abdullah Gülün xidmətlərini xüsusi vurğulayıb, iki ölkə arasında ikitərəfli əlaqələrin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.