TürkPA-nın müşahidəçi missiyası Türkiyədə keçirilən referendumu izləyir
- 15 aprel, 2017
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 16-da Azərbaycan Milli Məclisinin üzvləri Əhliman Əmiraslanov və Ağalar Vəliyev, Qazaxıstan Respublikası Parlamentinin nümayəndələri senator Manap Kobenov və Məclisin üzvü (Aşağı Palata) Bekpolad Tleuxan və Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kaldarbek Baymuratov TürkPA beynəlxalq müşahidəçi missiyasının tərkibində Türkiyə keçirilən, konstitusiyaya təklif edilən dəyişikliklərə dair ümumxalq referendumunun qısamüddətli monitorinqini həyata keçirir.
TürkPA-nın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, aprelin 16-da TürkPA müşahidəçiləri Türkiyənin Yüksək Seçki Şurasını ziyarət edib və Şuranın sədri Sadi Güvənlə görüşüb. Güvən ölkə daxilində 55, xaricdə isə 3 million Türkiyə vətəndaşının referendumda səs vermək üçün qeydiyyatdan keçdiyini bildirib. O hesab edir ki, seçicilərin sayı 80%-dən az olmamalıdır.
TürkPA nümayəndə heyəti, həmçinin Ədalət və İnkişaf partiyalarının və ana müxalifət Cümhuriyyət Xalq partiyası parlament fraksiyalarının liderləri ilə də görüşlər keçirilib. Görüşdə TürkPA millət vəkilləri yekdilliklə referendumun nəticələrindən asılı olmayaraq digər qardaş ölkələrin Türkiyəyə sülh və firavanlıq arzu etdiklərini bildirib.