Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb

Xarici siyasət
  • 17 oktyabr, 2022
  • 11:01
Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb
Mövlud Çavuşoğlu

“1961-ci il tarixli Vyana Konvensiyasına əsasən, diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin vəzifəsidir”.

Bunu “Report”un Türkiyə bürosunun əməkdaşının sualına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, ölkələr Azərbaycan səfirliklərinə hücumların qarşısını almalıdır: “Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.

44 filmi