Türkiyəli nazir müavini: Süni intellektdən doğru istifadə edilsə insanlar üçün təhlükə olmayacaq
- 24 oktyabr, 2025
- 11:58
Süni intellektdən doğru istifadə edildikdə insanlar üçün təhlükə olmayacaq.
"Report" xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün"beynəlxalq konfransın panel sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, texnologiya nə qədər güclü olsa da, əsas məqsəd insandır:
"Əgər bu yeniliklər insanı mərkəzə qoymursa, o zaman cəmiyyət xeyirdən çox ziyan görəcək. Süni intellekt cəmiyyətin bütün təbəqəsi üçün əlverişlidir".
Nazir müavini əlavə edib ki, bu gün rəqəmsallaşma və süni intellektin inkişafı sayəsində insanlara təbii fəlakətlər nəticəsində dəyə bilən riskləri azalda bilər.
O həmçinin əlavə edib ki, bu sahədə müxtəlif ölkələrin qarşılıqlı olaraq təcrübələrini bölüşməsi lazımdır.