Türkiyəli din xadimi: Bakıdakı Zəfər Parkı Türk dünyası üçün şərəf abidəsi hesab oluna bilər
- 07 sentyabr, 2026
- 17:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıdakı Zəfər Parkı bütün Türk dünyası üçün şərəf abidəsi hesab oluna bilər.
"Report" xəbər verir ki, bunu türkiyəli din xadimi Güvən Dumanlı Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin ölkəyə səfəri zamanı Zəfər Parkını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O, 44 günlük Vətən müharibəsini xatırladıb, şəhidlərə Allahdan rəhmət diləyib:
"Bizdən gözlənilən də elə budur. Fateh Sultan Mehmetdən Şah İsmayıl Səfəviyə, Mustafa Kamal Atatürkdən Ümummilli Lider Heydər Əliyevə qədər Türk dünyasının, türk torpaqlarının istiqlalı və azadlığı uğrunda mühüm işlər görülüb. Bu gün isə Ali Baş Komandan, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Türk dünyasının, türk torpaqlarının istiqlalı və azadlığı, eləcə də bütün dünyada türk dövlətlərinin gücünü göstərmək üçün çox yaxşı işlər görürlər".
Din xadimi Prezident İlham Əliyevə təşəkkür edib:
"Azərbaycan dünyaya "müharibə dərsi" verib. Ona görə də Bakıda, Zəfər parkında olmaq bizim üçün bir şərəfdir. Sabah isə illərdir arzuladığımız Qarabağı ziyarət edəcəyik".