Türkiyəli beynəlxalq səyyah: “Qarabağın dağıdılıb, məhv edildiyini görmək bizi çox üzdü”

Xarici siyasət
  • 29 oktyabr, 2022
  • 15:01
Türkiyəli beynəlxalq səyyah: “Qarabağın dağıdılıb, məhv edildiyini görmək bizi çox üzdü”

Qarabağın 30 il ərzində dağıdılıb, məhv edildiyini görmək bizi çox üzdü.

Bunu “Report”a açıqlamasında “Türkiyə Gəzginlər Klubu”nun üzvü Vural Özmekik deyib.

“Görəsən, hansısa Qərb dövlətlərindən biri belə vandalıqla üzləşsəydi, beynəlxalq təşkilatlar onda da bu cür səssiz qalacaqdılar? Bunu Ukrayna nümunəsində hər birimiz görəcəyik”, - səyyah əlavə edib.

O, qeyd edib ki, Qarabağın tarixi və bu qədər gözəl bir yer olduğunu bu yaşda öyrənib: “Ümid edirəm ki, torpaqların sakinləri tez bir zamanda öz yurdlarına qovuşacaqlar. Qarabağın zəngin təbiəti, tarixi turizm imkanlarını daha da genişləndirir”.

“Mən dünyanı gəzən bir insan kimi deyə bilərəm ki, indiyə qədər bu cür dağıdılmış, viran qoyulmuş yer görməmişəm. Beynəlxalq təşkilatların, xüsusilə UNESCO kimi bir təşkilatın bu ərazilərlə bağlı hər hansı bir iş görməməsi məni təəccübləndirdi”, - V.Özmekik vurğulayıb.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, “Nomadmania”) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Gəzginlər Klubu”nun prezidenti, “Nomadmania”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

44 filmi