​Türkiyə xüsusi xidmət orqanının rəhbəri Azərbaycanda səfərdədir

Xarici siyasət
  • 08 oktyabr, 2015
  • 12:48
​Türkiyə xüsusi xidmət orqanının rəhbəri Azərbaycanda səfərdədir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) müstəşarı Hakan Fidan Azərbaycanda səfərdədir.

"Report"un məlumatına görə, səfərdə məqsəd Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən 18-ci iclasında iştirak etməkdir.

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclas iştirakçılarını, o cümlədən Türkiyə MİT-inin rəhbərini qəbul edib.

Hakan Fidan qəbulda çıxış edib. 

44 - Tezliklə