Türkiyə XİN başçısı: "Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər"

Xarici siyasət
  • 11 fevral, 2023
  • 10:24
Türkiyə XİN başçısı: Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər

"Sağ olsun, azərbaycanlı qardaşlarımız, xilasedicilər bir millət olduğumuzu hər zaman göstərirlər".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib.

“Azərbaycanla kədərimiz də, sevincimiz də bir, acımız da, zəfərimiz də birdir, -o əlavə edib.