Türkiyə XİN başçısı: "Bu format çərçivəsində ticarət və biznesin inkişafı üçün hər bir şəraiti yaradacağıq"

Xarici siyasət
  • 15 mart, 2018
  • 09:45
Türkiyə XİN başçısı: Bu format çərçivəsində ticarət və biznesin inkişafı üçün hər bir şəraiti yaradacağıq
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu
Report/ Elchin Murad

Bakı. 15 mart. REPORT.AZ/ "Bu dörd ölkə qardaş və dostdur, biz qarşılıqlı faydalı dialoqa malikik". 

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bölgənin mürəkkəbliyini nəzərə alaraq yeni dördtərəfli format çərçivəsində ticarət və biznesin inkişafı üçün hər bir şəraiti yaradacağıq. Gömrük və birgə investisiyalarla bağlı məsələlər də nəzərə alınacaq", - o bildirib.

44 filmi