Türkiyə XİN başçısı Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 14 iyul, 2016
  • 09:49
Türkiyə XİN başçısı Azərbaycana səfər edəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, səfər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə iyulun 14-15-də baş tutacaq.

Səfər zamanı M.Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Tərəflər ikitərəfli əməkdaşlığın mühüm məsələlərini və regional məsələləri müzakirə edəcək.