Türkiyə səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib
- 15 sentyabr, 2022
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Azərbaycandakı səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə paylaşım edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb.
“Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ili mübarək olsun! Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və 1132 şəhid olmaqla onunla birlikdə döyüşən Azərbaycan Ordusunun şəhidlərini hörmət və ehtiramla yad edirik”, - paylaşımda bildirilib.
Qafqaz İslam Ordusunun qardaş Azərbaycana gəlməsi və Bakının düşmən işğalından azad edilməsinin 104-cü ildönümü mübarək olsun!
— Bakü Büyükelçiliği (@TCBakuBE) September 15, 2022
Qafqaz İslam Ordusu komandanı Nuri Paşa və 1132 şəhidi başda olmaqla, onunla birgə döyüşən Azərbaycan Ordusu şəhidlərini hörmət və rəhmətlə yad edirik. pic.twitter.com/ZEzcfyPgSH