Türkiyə səfiri: Regionda qurulacaq sülhdən bütün dünya qazanacaq

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 20:00
Türkiyə səfiri: Regionda qurulacaq sülhdən bütün dünya qazanacaq

Regionda qurulacaq sülh və əmin-amanlıqdan yalnız region ölkələri deyil, bütün dünya qazanc əldə edəcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda deyib.

O qeyd edib ki, hər kəs Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan və qəlblərə kök salmış bir qardaşlığa şahid olur:

"Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilham və cəsarətlə, "Bir millət, iki dövlət" anlayışı ilə ölkəmiz Can Azərbaycanın beynəlxalq platformalarda ən güclü dəstəkçisi olmağa davam edəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altındakı Qarabağı azad etmiş, milli sərhədləri daxilində tam suverenliyini təmin etmişdir. Azərbaycanlı qardaşlarımız bu gün sahədə əldə etdikləri uğurları masaya da gətirib. Regionda davamlı sülhün təmin olunması, inkişafın başlaması və əlaqəliliyin artırılması üçün tarixi bir fürsət yaranmışdır. Regionda qurulacaq sülh və əmin-amanlıqdan yalnız region ölkələri deyil, bütün dünya qazanc əldə edəcək. Bu səbəbdən davamlı sülhün təmin olunması hamımızın ən böyük arzusudur".

Son xəbərlər

Bütün Xəbər Lenti